Uruqvay millisinin sabiq futbolçusu intihar etdi - 38 yaşında

  • 19 İyul 2021 18:42
  • 65

Uruqvayın ikinci liqasının “Vilya-Teresa” klubunun futbolçusu Uilyams Martines vəfat edib.

Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı müdafiəçinin ölüm səbəbi açıqlanmayıb.

Uruqvay mətbuatı isə 38 yaşlı futbolçu intihar etdiyini yazıb.

Karyerası ərzində Uruqvayda “Defensor”, “Çaçarito”, “Serro”, “River Pleyt”, Fransada “Reyms”, “Valensyen”, İngiltərədə “Vest Bromviç” kimi klublarda çıxış edən Martines, Uruqvay millisi ilə 1 oyuna çıxıb.