Güləşçilərimiz erməni rəqiblərini məğlub etdi

  • 20 İyul 2021 15:57
  • 67

Azərbaycanın iki sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

Corner.az-ın məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan Yusif İsparov 1/8 final mərhələsində Hayko Qasparyanı 4:3 hesabı ilə üstələyib.

60 kq-dakı Abdulrəhman İbrahimov isə eyni raundda Hakob Davtyana şans verməyib - 4:2.

Qeyd edək ki, bu gün həmçinin Elman Məmmədov (51 kq), İlkin Ağayev (71 kq) və Yusif Dursunov (92 kq) yarışa qoşulub.