Ukraynalı futbolçu avtomobil qəzasında öldü - FOTO

  • 20 İyul 2021 16:48
  • 71

Ukraynanın “Prikarpatye-Teplovik” klubunun futbolçusu İqor Tsimbalisti dünyasını dəyişib.

Corner.az xəbər verir ki, 31 yaşlı oyunçu avtomobil qəzasında vəfat edib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Hadisə iyulun 19-da, İvano-Frankivski bölgəsində baş verib. Avtomobil yük maşını ilə toqquşub. Tsimbalisti “Renault” markalı minik avtomobilində olub və aldığı xəsarətlərdən yerindəcə ölüb.