Tokio-2020 Yay Olimpiya Oyunlarına start verildi

  • 21 İyul 2021 10:39
  • 34

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk yarışı keçirilib.

Corner.az xəbər verir ki, softbol üzrə qadınlardan ibarət Yaponiya millisi Avstraliya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Yaponiyanın 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də olacaq. Ənənəvi olaraq bəzi yarışlar açılışdan əvvəl başlayır.