Tokio-2020: Türkiyə yığmasından tarixi uğur

  • 31 İyul 2021 12:50
  • 73

Qadın voleybolçulardan ibarət Türkiyə milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilkə imza atıb.

Corner.az xəbər verir ki, “ay-ulduzlular” qrup mərhələsinin 4-cü turu çərçivəsində Argentina yığmasına 3:0 hesabıyla qalib gələrək, pley-offa vəsiqəni təmin edib.

Türkiyə yığması Olimpiya Oyunları tarixində ilk dəfə qadınların voleybol yarışlarında qrupdan çıxmağı bacarıb.