Türkiyəli idmançı Olimpiya çempionu oldu

  • 31 İyul 2021 12:55
  • 59

Türkiyəli idmançı Mete Qazoz Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin oxatma yarışlarında qızıl medal qazanıb.

Corner.az xəbər verir ki, 22 yaşlı idmançı həlledici görüşdə İtaliya təmsilçisi Mauro Nespolinə qalib gələrək, Olimpiya çempionu olub.

Türkiyə ilk dəfə Olimpiya Oyunları tarixində oxatma yarışlarında qızıl medal qazanıb. Mete həm də, Türkiyəyə Tokio-2020-də ilk medalı qazandırıb.