Boatenq 5 il müddətinə həbs edilə bilər

  • 9 Sentyabr 2021 10:20
  • 54

"Lion"nun futbolçusu Jerom Boatenq 5 il müddətinə həbs oluna bilər.

Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi bu gün Münhen şəhərində məhkəmə qarşısına çıxacaq.

Boatenq 2018-ci ildə keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunur. Almaniya millisinin sabiq üzvü həmin qadını döydüyü iddia edilir.

Məhkəmə iclası ötən ilin dekabrında keçirilməli olsa da, şahidlərdən birinin koronavirusa yoluxması səbəbi ilə təxirə salınıb.

Qeyd edək ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Boatenq 2020/2021 mövsümünün sonunda klubdan ayrılıb.