Azərbaycanlı Avropa çempionu vəfat etdi

  • 9 Sentyabr 2021 13:08
  • 65

Azərbaycanın veteran sərbəst güləşçisi, beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib.

Güləş federasiyasından "Corner.az"a verilən məlumata görə, 73 yaşında dünyasını dəyişən Quliyev 1995 - 1998-ci illərdə MOİK-in rəisi vəzifəsində çalışıb.

O, dəfələrlə SSRİ çempionatının mükafatçısı, müxtəlif beynəlxalq turnirlərin medalçısı və Avropa çempionu olub.

Allah rəhmət eləsin!