Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etməyəcək

  • 9 Sentyabr 2021 17:03
  • 34

Futbol üzrə klublararası dünya çempionatı Yaponiyada keçirilməyəcək.

Corner.az Yaponiya Futbol Assosiasiyasının (JFA) rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə koronavirusun yayılması səbəb olub.

JFA bu səbəbdən mundiala ev sahibliyindən imtina etmək qərarına gəlib. FIFA tezliklə yarışın harada keçiriləcəyini açıqlayacaq.

Qeyd edək ki, mundialın 9 - 19 dekabrda təşkili nəzərdə tutulub. JFA daha əvvəl qurumun 100 illik yubileyi ilə əlaqədar yarışa ev sahibliyi etmək istəyib.