Azərbaycan yığması Qazaxıstana da uduzdu

  • 9 Sentyabr 2021 20:28
  • 28

Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunlarında iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Qırğızıstandan olan həmyaşıdları ilə üz-üzə gələn futzalçılarımız məğlub olub – 3:8.
 
Komandamızın heyətində Xəzər Ağalızadə, Fuad Məmmədzadə və Şahmar Cəfərli fərqlənib.
 
U-19-un sabah 5-ci yer uğrunda keçirəcəyi oyundakı rəqibi bu gün A qrupunda keçiriləcək Moldova - Özbəkistan matçından sonra müəyyənləşəcək.