Həyat yoldaşını döydüyü üçün 1,8 milyon avro cərimələndi

  • 10 Sentyabr 2021 15:35
  • 43

Fransanın “Lion” klubunun yeni transferi Jerom Boatenqin məhkəməsi keçirilib.

Corner.az xəbər verir ki, keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunan 33 yaşlı müdafiəçi 1,8 milyon avro cərimələnib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xatırladaq ki, 2018-ci ildə baş vermiş hadisə ilə bağlı Şerin Senler şikayət etmişdi. Ulduz futbolçunun keçmiş sevgilisi model Kasia Lenhardt bu ilin fevral ayında ölü tapılmışdı.

2010-2021-ci illərdə “Bayern”də çıxış edən Boatenq bir neçə gün əvvəl Fransanın “Lion” klubuna transfer olunub.