Təcavüzdə ittiham olunan futbolçu həbs edildi

  • 10 Sentyabr 2021 19:00
  • 61

 "Mançester Siti"nin  futbolçusu Benjamin Mendi 2022-ci il yanvarın 24-dək həbs qalacaq.

Corner.az AFP-yə istinadən xəbər verir ki, məhkəmə 4 qıza təcavüz etməkdə ittiham olunan 27 yaşlı müdafiəçinin həbsinin davam etdirilməsinə qərar verib.

"Şəhərlilər" daha əvvəl oyunçunu məşqlərdən uzaqlaşdırıb. Bundan əlavə, Mançester təmsilçisi işin sonunadək məsələ ilə bağlı şərh verə bilməz.

Qeyd edək ki, Benjamin Mendi 2017-ci ildən "Mançester Siti"də çıxış edir.