Boatenqdən həyat yoldaşını döyən qardaşı ilə bağlı açıqlama

  • 11 Sentyabr 2021 17:24
  • 48

Almaniyanın “Herta” klubunda çıxış edən Kevin-Prins Boatenq qardaşı Jerom Boatenqlə bağlı açıqlama verib.

Corner.az xairic mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu, uzun müddətdir qardaşı ilə əlaqələrinin olmadığını bildirib:

“Həyatım boyunca özümü qardaşım Jeromdan uzaq tutmuşam. Qadına şiddətə nifrət edirəm. Alman qanunlarına dəyər verirəm və hörmət edirəm. Bundan sonra da qardaşımla heç bir işim olmayacaq”.

“Lion”da çıxış edən Jerom Boatenq keçmiş həyat yoldaşını döydüyü üçün 1,8 milyon avro məbləğində cərimələnib.