Pelenin səhhəti ilə bağlı son durumu açıqlandı

  • 14 Sentyabr 2021 10:02
  • 47

Braziliya millisinin əfsanəvi futbolçusu Pelenin əməliyyatdan sonra səhhəti ilə bağlı son durumu açıqlanıb.

Corner.az-ın məlumatına görə, bu barədə 80 yaşlı sabiq hücumçunun qızı Keli Nasimentu "İnstaqram" hesabında yazıb.

O, atasının vəziyyətinin yaxşı olduğunu və yaxında evinə qayıdacaığını bildirib: "Ağrısı yoxdur, əhval-ruhiyyəsi yaxşıdır. 1-2 gündən sonra adi palataya küçürüləcək, sonra evinə gedəcək".

Qeyd edək ki, Pele sentyabrın 6-da bağırsağındakı şiş səbəbi ilə əməliyyat olunub.