Azərbaycan güləşçiləri DÇ-nın finalında!

  • 23 Sentyabr 2021 20:39
  • 38

Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin dünya çempionatına start verilib.

Corner.az xəbər verir ki, bu gün yeniyetmələrin yarışı keçirilir.

Musa Ağayev ilk görüşdə macar rəqini məğlub edib. Türkiyə güləşçisiylə mübarizədə hesab açılmayıb. Rəqibin çəkisi daha az olduğu üçün qələbə ona verilib. Ancaq 3-cü qarşılaşmada Rumıniya idmançısına heç bir şans tanımayan Ağayev adını yarımfinala yazdırıb.

Hüseyn Əliyev startda Yunanıstan təmsilçisinə gücünü göstərib. Həmyerlimiz Rumıniya güləşçisini minimal fərqlə üstələdikdən sonra Yunanıstanın daha bir idmançısına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda Musa Ağayev (60 kq) rumıniyalı Daniel Sanduya 3:0, Hüseyn Əliyev (70 kq) isə moldovalı Yon Markuya 5:0 hesabıyla qalib gəlib. Musa finalda türk Abdullah Toprakla, Hüseyn isə rumıniyalı Cici Subtiriçayla qarşılaşacaq.

60 kq
1-ci görüş: Musa Ağayev – Zoltan Mişey (Macarıstan) 3:0
2-ci görüş: Musa Ağayev – Abdullah Toprak (Türkiyə) 0:0 (-:+)
3-cü görüş: Musa Ağayev – Valentin Barbulesku (Rumıniya) 3:0
1/2 final: Musa Ağayev – Daniel Sandu (Rumıniya) 3:0
Final: Musa Ağayev – Abdullah Toprak (Türkiyə)

70 kq
1-ci görüş: Hüseyn Əliyev – İlias Karnavas (Yunanıstan) 3:0
2-ci görüş: Hüseyn Əliyev – İosif Yonesku (Rumıniya) 1:0
3-cü görüş: Hüseyn Əliyev – Nikolas Makriyannis (Yunanıstan) 3:1
1/2 final: Hüseyn Əliyev – Yon Marku (Moldova) 5:0
Final: Hüseyn Əliyev – Cici Subtiriça (Rumıniya)