Azərbaycan millisi DÇ-da 12-ci oldu

  • 10 Oktyabr 2021 00:00
  • 37

İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının fərdi yarışlarına yekun vurulub. Corner.az xəbər verir ki, mundiala 8 cüdoçu qatılan millimizin cəçmi 2 üzvü çıxışını medalla başa vura bilib.
 
Oğlanların 60 kq çəki dərəcəsində Turan Bayramov gümüş, 81 kq-da yarışan Elcan Hacıyev bürünc mükafata sahib çıxıb. 
 
Beləliklə, Azərbaycan ümumi komanda hesabında 12-ci olub. Oğlanların sıralamasında isə yığmamız 7-ci yeri tutub.