Tayson rəqibini nokauta salaraq titulunu qorudu - VİDEO

  • 10 Oktyabr 2021 14:45
  • 41

WBC versiyası üzrə superağır çəkidə dünya çempionluğu uğrunda döyüşün qalibi Tayson Fyuri olub. 

Corner.az xəbər verir ki, britaniyalı peşəkar boksçu Fyuri ABŞ təmsilçisi Deontey Uaylderi nokautla məğlub edib. Bununla da, Fyuri titulunu qoruya bilib. 

Qarşılaşma 11-ci raundda yekunlaşıb. Belə ki, Tayson başa endirdiyi qüvvətli zərbə ilə rəqibini nokauta salıb.

Bu, Fyurinin peşəkar karyerasında 31-ci qələbə olub. 

Fyuri bu qarşılaşmaya 125,6 kq çəkidə çıxıb. Onun rəqibinin isə 107,6 kq çəkisi olub.