Türkiyə yığmasının sabiq üzvü koronavirusdan vəfat edib

  • 11 Oktyabr 2021 14:27
  • 36

Türkiyə millisinin və "Göztepe" klubunun sabiq futbolçusu Doğan Küçükduru dünyasını dəyişib.

Corner.az "Milliyet"ə istinadən xəbər verir ki, keçmiş hücumçu 72 yaşında koronavirusdan vəfat edib.

O, İzmir şəhərində müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, Doğan Küçükduru "Göztepe"dəki oyunu ilə məşhurlaşıb. O, 1971 - 1975, 1977 - 1980-cı illərdə İzmir təmsilçisinin, 1974-cü ildə isə bir matçda Türkiyə yığmasının formasını geyinib.