Ölkə prezidenti stadiona buraxılmadı!

  • 11 Oktyabr 2021 18:04
  • 41

Braziliya prezidenti Jair Bolsonaro ölkə çempionatında keçirilən “Santos” – “Qremio” matçına (1:0) buraxılmayıb.

Corner.az xəbər verir ki, buna səbəb ölkə rəhbərinin koronavirusa qarşı peyvənd vurdurmaması olub.

Bolsonaro daha əvvəl vaksin olunmayanların tribunalara buraxılmasını qadağan edən sərəncam imzalamışdı.

Ölkə başçısı bir müddət əvvəl ictimai yerdə maska taxmadığı üçün cərimələnmişdi.