Azərbaycanın veteran futbolçusu Kəpəz'də işlə təmin olunub

  • 12 Oktyabr 2021 13:13
  • 46

Azərbaycanın veteran futbolçusu Rövşən Əhmədov "Kəpəz" klubunda işlə təmin olunub.

Gəncə təmsilçisinin Mətbuat xidmətindən verilən məlumata görə, keçmiş hücumçu aşağı yaş qruplarında seleksiyaçı məşqçi vəzifəsini yerinə yetirəcək.

Əhmədov futbolçu kimi "Kəpəz"lə Azərbaycan çempionu, ölkə kubokunun qalibi adını qazanıb. O, "sarı-göylər"in heyətində çempionatın bombardiri də olub.

Xatırladaq ki, Rövşən Əhmədov daha əvvəl işsizlikdən əziyyət çəkdiyini bildirib.