AFFA rəsmisi Ayaks – Borussiya oyununa təyinat aldı

  • 13 Oktyabr 2021 11:49
  • 30

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Oktyabrın 19-da UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Ayaks” (Niderland) – “Borussiya” (Dortmund, Almaniya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.