Azərbaycanın FIFA referisi beynəlxalq turnirə təyinat alıb

  • 14 Oktyabr 2021 12:53
  • 50

Futzal üzrə FIFA refersisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Ukrayna, Finlandiya, Çexiya və Belçika milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 25-dək Ukraynada təşkil olunacaq.