Klub prezidentindən futbolçulara TÖVSİYƏ: Peyvənd olunmaqdansa ...

  • 14 Oktyabr 2021 20:26
  • 73

Rumıniyanın FCSB (keçmiş "Styaua") klubunun sahibi George Bakali futbolçuların koronavirus əleyhinə peyvənd olunmasını qadağan edib.

Corner.az xəbər verir ki, bu barədə jurnalist Emmanuel Roşu şəxsi "Tviter" səhifəsində yazıb.

Bakali bildirib ki, masada vaksinin yanında tapança olsaydı, güllələnməyi üstün tutardım. O, klubda heç kimin peyvənd olunmayacağını vurğulayıb.

Qeyd edək ki, FCSB cari mövsüm Rumıniya çempionatında 11 oyundan 21 xalla 3-cü pillədə qərarlaşıb.