EKOL və Araz'dan ardıcıl 3-cü qələbə

  • 15 Oktyabr 2021 20:11
  • 69

Bu gün futzal üzrə Yüksək Liqada 3-cü turun oyunları kecirilib.

Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları Bakı İdman Sarayında təşkil olunub.

Açılış matçı “Xilə” və EKOL komandaları arasında olub. Rəqibinə böyük hesabla qalib gələn EKOL ardıcıl üçüncü qələbəsini rəsmiləşdirib.

Daha sonra “Record club.az” “Baku Fire” ilə, “Neftçi” İK isə “Alyans”la münasibətlərinə aydınlıq gətirib. Bu oyunlarda “Record club.az” və “Neftçi” İK qələbəyə sevinən tərəf olub.

Turun son matçı “Araz”la U-19 yığmamız arasında baş tutub. Naxçıvan təmsilçisi milli komanda üzərində darmadağınla qalib gəlib.

Yüksək Liqa
3-cü tur

15 oktyabr

Xilə – EKOL 1:11
Qol
: Elvin Adışirinli, 11:20 – Namiq Məmmədkərimov, 10:57; 16:09-pen; 30:12; 39:41. Emin Kürdov, 24:20. Əsgər Abasov, 25:49; 34:03. Faiq Əliyev, 26:03; 32:41. Samir Həmzəyev, 32:03. Fərid Atakişiyev, 37:00.
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. 12:00.

Record club.az – Baku Fire 4:0
Qol
: Alireza Ebrahimvarmaleh, 19:34. Hasan Ali Jafari, 35:27. Alireza Bohlouli, 38:06; 39:28.
Hakimlər: Əli Cəbrayılov, Nail Nağıyev, Etibar Həsənov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. 14:00.

Neftçi İK – Alyans 5:2
Qol
: Kənan Manafov, 10:24. Rüfət Balakişiyev, 25:07; 26:44. Vahib Xocayev, 35:13. İlkin Hacıyev, 38:03 – Oktay Rüstəmli, 0:49; 37:38.
Hakimlər: Knyaz Əmiraslanov, Mahir Məmmədov, Hikmət Qafarlı.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. 16:00.

U-19 – Araz (Naxçıvan) 2:14
Qol
: Şahmar Cəfərli, 20:05. Məhəmməd Abbasov, 34:20 – Xətai Bağırov, 0:08; 7:37; 15:40. Borges Souza Murilo, 5:57; 31:52. Maneka, 10:46; 25:55. Felipinyo, 10:56; 11:51; 12:23; 32:17. David Qustavo, 19:43. Nurlan Mehdizadə, 23:08. İsa Atayev, 36:52.
Hakimlər: Ziya Nəsirov, Əli Cəbrayılov, Hüseyn Əsgərov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. 18:00.

Xal durumu: EKOL – 9, Araz – 9, Record club.az – 6, Baku Fire – 6, Neftçi İK – 3, Xilə – 3, Alyans – 0, U-19 – 0.