Böyük Dəbilqə: Ağayev qızıl, Heydərov bürünc medal qazandı

  • 16 Oktyabr 2021 22:18
  • 118

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb. 

Corner.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Giyom Şenlə (Fransa) üz-üzə gəlib. 

Rəqibinə ipponla qalib gələn Heydərov bürünc medala sahib çıxıb.

***

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə final görüşünə çıxıb.

Corner.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ramazan Abdulayevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb.