Azərbaycan cüdoçusu yarımfinalda uduzdu

  • 17 Oktyabr 2021 19:01
  • 39

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində yarımfinal görüşünə çıxıb.

Corner.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan Kokauri yarımfinalda İnal Tasoyevlə (Rusiya) qarşılaşıb və cərimə xalları ilə uduzub.

Kokauri bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Yur Speykers (Niderland) olacaq.