Azərbaycan cüdoçuları Xorvatiyada 2 medalla qayıdır

  • 18 Oktyabr 2021 09:26
  • 35

Oktyabrın 16-da Xorvatiyanın Dubrovnik şəhərində start götürmüş cüdo üzrə Avropa kuboku sona çatıb.

Corner.az xəbər verir ki, Azərbaycan cüdoçuları mötəbər yarışda əzmlə mübarizə apararaq 2 medala sahib olublar.

İdmançılarımızdan 90 kiloqram çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov yalnız final görüşündə məğlub olub və nüfuzlu turnirin gümüş medalına sahib çıxıb. Məhərrəm İmamverdiyev (81 kq) isə yarışı üçüncü pillədə başa vurub.

Avropa kubokunda Azərbaycanı kişilərdən ibarət milli komandamız təmsil edib. Azərbaycanın 11 cüdoçu ilə qatıldığı mötəbər yarışda 26 ölkədən 300-ə yaxın cüdoçu mübarizə aparıb.