İrina Zaretska dünya çempionu oldu

  • 20 Noyabr 2021 17:57
  • 38

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında final görüşünü keçirib.

Corner.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançımız italiyalı Silvia Semeraro üz-üzə gəlib.

Qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.