Azərbaycan gimnastı dünya çempionatında gümüş medal qazandı

  • 21 Noyabr 2021 15:48
  • 39

Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında final mərhələsində 2-ci cəhdini edib.

Corner.az-ın məlumatına görə, tamblinq növündə çıxış edən 25 yaşlı idmançı bu dəfə hakimlərdən 76.300 xal alıb və yekunda 2-ci yeri tutaraq gümüş medalın sahibi olub.

Qeyd edək ki, yarışın qızıl medalına rusiyalı Aleksandr Lısıtsin, bürünc medalına isə ABŞ təmsilçisi Keydn Braun layiq görülüb.