Bakıda cüdo klubu açıldı

  • 23 Noyabr 2021 14:10
  • 44

Bakıda olimpiya və paralimpiya cüdo klubunun açılış mərasimi keçirilib.

Corner.az xəbər verir ki, tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, qurumun vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və digər şəxslər iştirak ediblər.

Bakı olimpiya və paralimpiya cüdo klubunda paralimpiyaçılarla yanaşı, olimpiyaçılar, fiziki məhdudiyyətli gənclər və uşaqlar da məşq edə biləcəklər.