Azərbaycan millisinin dünya reytinqindəki mövqeyi açıqlandı

  • 30 Noyabr 2021 16:57
  • 58

Dünya Çimərlik Futbolu təşkilatı “Beach Soccer Worldwide” (BSWW) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Corner.az xəbər verir ki, Azərbaycan millisi dünya reytinqində 390 xal ilə 28-ci pillədə qərarlaşıb. Komandamız Avropa sıralamasında da 10-cu pillədədir.

Siyahıya 4295 xalı olan Rusiya başçılıq edir. 3479 xalı olan Portuqaliya ikinci, 2695 xala malik Braziliya isə üçüncüdür.