Legiya'nın oyunu bərpa olundu - VİDEO + YENİLƏNİB

  • 1 Dekabr 2021 23:56
  • 123

"Motor" və "Legiya" komandaları arasında Polşa Kubokunun 1/8 final matçı bərpa olunub.

Corner.az-ın məlumatına görə, qarşılaşma təqribən 15 dəqiqəlik məcburi fasilədən sonra qaldığı yerdən davam etdirilir.

***

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubunun səfərdə "Motor"a qarşı keçirdiyi Polşa Kubokunun 1/8 final oyunu 28-ci dəqiqədə yarımçıq dayandırılıb.

Corner.az-ın məlumatına görə, buna səbəb yerli azarkeşlərin tribunadakı pirotexniki vasitələr yandırması olub. Stadionu qatı tüstü bürüdüyündən matçda məcburi fasilə yaranıb, komandalar paltardəyişmə otağına yollanıblar.

Qeyd edək ki, Emrelinin ehtiyatda qaldığı görüşdə komandası hələlik uduzur - 0:1.