Kuman məşqçi karyerasını bitirdi

  • 2 Dekabr 2021 11:13
  • 80

İsrailin “Beytar” komandasının baş məşqçisi Ervin Kuman vəzifəsindən ayrılıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klubun mətbuat xidmətinə açıqlama verən Kuman artıq məşqçi karyerasını bitirdiyini bildirib. O, şəxsi məsələlərə görə bu addımı atdığını vurğulayıb.
 
Kuman daha əvvəl Niderlandda “Feyenoord”, “Valveyk”, “Eyndhoven” klublarında, Macarıstan və Oman milli komandalarında baş məşqçilik edib.
 
Ervin Kuman “Barselona”nın sabiq baş məşqçisi Ronald Kumanın qardaşıdır.