Azərbaycan millisinin keyfiyyətli futzalçıları var

  • 13 Yanvar 2022 10:30
  • 38

"Avropa çempionatına əla atmosferdə hazırlaşırıq və azarkeşlərimizi ruhdan salmamaq üçün meydanda ürəyimizi ortaya qoyacağıq".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqiblərindən olan Bosniya və Herseqovina yığmasının futzalçısı Bilal Yeliç yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

28 yaşlı oyunçu İspaniya seçməsini qrupun favoriti adlandırıb: "Bu komanda dünya futzalının zirvəsidir. Belə kollektivə qarşı oynamaq bizim üçün əla olar".

Təcrübəli müdafiəçi Azərbaycan və Gürcüstan yığmalarını üstələyərək qrupdan çıxacaqlarına inandığını söyləyib: "Hər iki komandanın keyfiyyətli oyunçuları var. Amma bu rəqiblərin öhdəsindən gəlib məqsədimizə çata bilərik. Qrupdan çıxmaq şanlarımızın olduğunu düşünürəm”.

Qeyd edək ki, 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.