Seneqal millisinin 2 futbolçusu koronavirusa yoluxdu

  • 13 Yanvar 2022 16:33
  • 32

 Seneqal milli komandasının iki futbolçusunda koronavirus aşkarlanıb. Corner.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda, İdrissa Qeye (PSJ) və Fode Ballo-Turenin (“Milan”) COVİD-19 testlərinin nəticəsinin pozitiv çıxdığı vurğulanıb.
 
Seneqal yığması Afrika Millətlər kubokunda sabah Qvineya ilə qarşılaşacaq.