Rafael Ağayev yenidən Karate Combat'da

  • 13 Yanvar 2022 21:10
  • 39

Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) yenidən "Karate Combat" turnirində çıxış edəcək.

Corner.az-ın məlumatına görə, bu barədə turnirin rəsmi saytı xəbər yayıb. 5 qat dünya və 11 qat Avropa çempionu ilə uzunmüddətli müqavilə imzalanıb.

36 yaşlı idmançı turnirin yaxın aylarda start götürəcək 4-cü mövsümündə mübarizə aparacaq.

Əməkdaşlıqla bağlı fikirlərini bölüşən "Karate Combat"ın prezidenti Adam Kovaç təcrübəli idmançını karate üzrə bütün zamanların ən böyük idmançılarından biri hesab edib: "Biz onunla bu yeni müqavilə imzalamaqdan məmnunuq. Çünki olimpiya qələbələrinin impulsunu bizim turnirə gətirir və peşəkar dünya çempionatına can atır".

Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib