Novak Cokoviçin deportasiya olunur

  • 14 Yanvar 2022 12:47
  • 83

Avstraliyanın immiqrasiya naziri Aleks Houk serbiyalı tennisçi Novak Cokoviçlə bağlı qərar verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı məşhur idmançının vizası ləğv olunub. O, ölkədən deportasiya olunacaq.

Houk, qərarın cəmiyyətin maraqlarına uyğun qəbul edildiyini və bunun Avstraliyanı qorumaq məqsədi daşıdığını vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl Avstraliya sərhədçiləri Cokoviçin vizasını ləğv etsə də, o məhkəmədə apellyasiya şikayətini qazanıb. Bununla belə, ölkə hakimiyyəti tennisçini deportasiya etmək hüququnu özündə saxlayıb.

Xatırladaq ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub.