Belçika - Azərbaycan matçı azarkeşsiz keçiriləcək

  • 15 Yanvar 2022 20:06
  • 75

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 17-də Belçika yığması ilə yoxlama oyunu keçirəcək. Corner.az xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, oyun azarkeşlər üçün qapalı olacaq.
 
Belçika – Azərbaycan matçı Borqlon şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.