I Liqada II turun oyunları keçirildi

  • 16 Yanvar 2022 21:32
  • 88

Bu gün kişi voleybolçular arasında Azərbaycan I liqasında II turun oyunları keçirilib. Corner.az xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında baş tutan turun ilk matçı “Taleh – A.T” və “Həvəskarlar” komandaları arasında keçirilib.
 
“Taleh – A.T” klubu 3:1 (15:25, 25:17, 25:16, 25:14) hesabı ilə qalib gələrək mövsümdə ilk qələbəsini qazanıb. Ardınca meydançaya “Təhsil” “Murov” klubuları çıxıblar. Bu qarşılaşmadan isə “Təhsil” komandası 3:0 (25:11, 25:20, 25:23) hesabı ilə qalib ayrılıb. II turun “Veteranlar” “Aura” görüşündə isə “Veteranlar” 3:0 (25:5, 25:8, 25:11) hesabı ilə qalib gəliblər. Günün son matçı  “Ryuqa” ilə “Azərbaycan Ali Hərbi Məktəbi” komandaları arasında keçirilib.  “Azərbaycan Ali Hərbi Məktəbi” klubu 3:1 (23-25, 25:23, 25:21, 25:22) hesabı ilə qalib gələrək mövsümün ikinci qələbəsini qazanıb.
 
Birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” komandaları çıxış edirlər. Reqlamentə əsasən komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Ardınca pley-off mərhələsi keçiriləcək. 
 
A qrupu: “Murov” (gənclər), “Əlincə”, “Təhsil”, “Həvəskarlar”, “Taleh-A.T”
B qrupu: “Masallı”, “Veteranlar”, “Ryuqa”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Aura”
 
2-ci turun nəticələri
16 yanvar
 
“Taleh-A.T” - “Həvəskarlar” – 3:1 (15:25, 25:17, 25:16, 25:14)
“Təhsil” - “Murov” – 3:0 (25:11, 25:20, 25:23)
“Veteranlar” - “Aura” – 3:0 (25:5, 25:8, 25:11)
“Ryuqa” - “Azərbaycan Ali Hərbi Məktəbi” – 1:3 (25:23, 23:25, 21:25, 22:25)