Selta'nın hücumçusu həbs edildi!

  • 4 May 2022 15:12
  • 71

İspaniyanın “Selta” klubunun hücumçusu Santi Mina cinsi təcavüzə görə 4 il müddətinə azadlıqdan məhrum edilib. Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, məhkəmədəki ifadələrə görə, 2017-ci il iyunun 16-da 26 yaşlı furbolçu bir qadınla birlikdə olarkən dostu David Qoldarın furqonuna daxil olaraq, ona “onu çox bəyəndiyini” və “nəsə etmək lazım olduğunu” deyib. Zərərçəkmiş onun təklifindən imtina etsədə futbolçu qadına cinsi təcavüz edib.
 
Məhkəmə həmçinin, Minanı 50 min avro cərimə ödəməyə və növbəti 12 il ərzində zərərçəkmişə 500 metrdən çox yaxınlaşmamağa məhkum edib.
 
İspaniyalı futbolçu bu mövsüm “Selta”nın heyətində 36 oyuna çıxıb, 9 qol vurub, 5 məhsuldar ötürmə edib. O, son oyununu mayın 1-də La Liqada “Qranada”ya qarşı keçirib (1:1).