Mədət Quliyev Azərbaycan yığmasının üzvlərini medalla təltif etdi

  • 11 May 2022 21:25
  • 46

Bu gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Milli Qəhrəman, Azərbaycan Velosiped Federasiyasının prezidenti  Mədət Quliyev aprelin 22-dən 24-dək Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda 1 qızıl və 1 gümüş medal qazanan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri ilə görüşüb.
 
Corner.az xəbər verir ki, görüş çərçivəsində nazir Mədət Quliyev qrup hərəkətləri üzrə yığma komandanın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinanı, eləcə də bədii gimnastika üzrə yığma komandasının məşqçiləri Siyana Vasileva, Səbinə Qaratova, hakim Yevgeniya Vilyayeva, baş xoreoqraf Kamil Quliyev və AGF-nin baş katib Nurlana Məmmədzadəni “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.