UEFA AFFA-ya ayırdığı vəsaitin məbləğini artırıb

  • 11 May 2022 21:46
  • 42

UEFA Avropada futbolun inkişafı üçün 2024 - 2028-ci illərdə quruma üzv olan 55 milli assosiasiyaya 935 milyon avro yardım ayıracaq.

Corner.az xəbər verir ki, bununla bağlı qərar UEFA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən 46-cı Konqresində qəbul olunub.

"HatTrick VI həmrəylik və inkişaf proqramı" çərçivəsində təyin olunan maliyyə bərabər məbləğdə bölüşdürüləcək. Nəticədə hər bir assosiasiyaya, o cümlədən AFFA-ya 4 il ərzində ümumilikdə 17 milyon avro ödəniş ediləcək.

Bu məbləğ 2020 – 2024-cü illəri əhatə edən və 775 milyon büdcəsi olan əvvəlki layihəni 27 faiz üstələyir.