Azərbaycan millisinin futbolçusu zədələnib

  • 12 May 2022 16:48
  • 42

Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk növbəti oyunu da buraxacaq.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavol Stano bildirib.

44 yaşlı mütəxəssis Krivotsyukun zədə səbəbindən mayın 13-də "Krakoviya" ilə Ekstraklasanın 33-cü tur matçını buraxacağını söyləyib. Polşalı baş məşqçi 23 yaşlı müdafiəçinin 100 faiz hazır olmadığını bildirib.

Qeyd edək ki, "Visla" 32 oyundan 45 xalla 6-cı pillədə qərarlaşıb. Krivotsyuk son olaraq aprelin 16-da "Lex" (Poznan) komandasına 0:1 hesabı ilə uduzduqları görüşdə meydana çıxıb. 24 yaşlı müdafiəçi bu matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb və növbəti tur Krakov "Visla"sı ilə qarşılaşmanı da buraxmalı olub.