Çingiz Hüseynzadə Kamerunda baş nazirlə görüşdü

  • 12 May 2022 16:52
  • 39

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Kamerun-2025 VI İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının sədri Çingiz Hüseynzadə Kamerunun baş naziri Josef Nqutera ilə görüşüb. Corner.az MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub.
 
Baş nazir İslam Həmrəylik Oyunlarının Kamerunda keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Hüseynzadə bunun üçün Yaunde şəhərində idman və qonaqlama infrastrukturunun yeniləndiyini, təmir və bərpa olunduğunu bildirib.
 
Qeyd edək ki, 2025-ci ildə VI İslam Həmrəyliyi Oyunlarına Kamerunun ev sahibliyi etməsi planlaşdırılır. Məhz bununla əlaqədar “Yaunde-2025” İslam Həmrəyliyi Oyunlarının Təftiş Komissiyası ölkədə beynəlxalq idman tədbirinə hazırllq prosesini araşdırır.