Azərbaycan birinciliyi: Daha iki çəkidə qaliblər bilindi

  • 13 May 2022 20:17
  • 36

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Corner.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
 
İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 və 55 kq, həmçinin 17 yaşa qədər oğlanlarda 49 kq çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək. 
 
Yaşı 15-ə və 17-yə qədər olan oğlanlara arasında 49 kq çəki dərəcəsində qaliblərin adına aydınlıq gəlib. Toplam 141 kq (63+78) nəticə göstərən Orxan İmanov yaşı 15-ə qədər olan atletlər arasında qızıl medala yiyələnib. Toplam 120 kq (55+65) nəticə ilə isə Nihat Zairov yaşı 17-yə qədər olan atletlərdə hamıdan güclü adını qazanıb.