Milli Paralimpiya Komitəsinin prezidenti Syerra-Leoneyə yollandı

  • 18 May 2022 10:56
  • 54

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının vitse-prezidenti İlqar Rəhimov Syerra-Leone Paralimpiya Komitəsinin prezidentinin dəvəti ilə bu ölkəyə səfərə yollanıb. Corner.az xəbər verir ki, səfərin məqsədi Syerra-Leone Respublikasında paralimpiya dəyərlərinin cəmiyyətə çatdırılması, görmə məhdudiyyətli və əlilliyi olan şəxslərin idmana cəlb olunması, onların cəmiyyətə inteqrasiyası mövzusunda təcrübə mübadiləsi və əlilliyi olan şəxslər üçün idmanın inkişafında hökumətin iştirakını artırmaq üçün danışıqların aparılmasıdır.
 
Eyni zamanda sosial layihələr, o cümlədən abilimpiya dəyərləri və hərəkatın inkişafı mövzusunda dəyirmi masalar təşkil ediləcək.
Səfər zamanı İlqar Rəhimovun Syerra-Leone Respublikasının prezidenti cənab Julius Maada Vonie Bio, vitse-prezident, baş nazir, xarici işlər naziri, idman naziri, sosial müdafiə naziri, Milli Olimpiya Komitəsinin prezidenti, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya Komitələrinin rəhbər şəxsləri, digər idman komitələrinin sədrləri və əlilliyi olan idmançılarla görüşlərin keçirilməsi planlaşdırılır.
 
Səfər mayın 22-dək davam edəcək.