Finalda kimlər oynamayacaq?

  • 18 May 2022 14:34
  • 61

Mayın 24-də, saat 14:15-də Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kubokunun final oyununa start veriləcək. Corner.az xəbər verir ki, həlledici qarşılaşmada “Neftçi” İK və “Alyans Qrup” komandaları üz-üzə gələcək.
 
Bu görüşdə iki futzalçı komandasına kömək edə bilməyəcək. “Neftçi” İK-dan Nurlan Mehdizadə görüşü kənardan izləyəcək. Buna səbəb onun EKOL-la keçirilmiş yarımfinal matçında qırmızı vərəqə almasıdır.
 
“Alyans Qrup” da isə komandanı finala daşıyan qolun müəllifi Elçin Zeynalov qırmızı vərəqə cəzalısıdır. O, “Forza Neftçi” ilə duelin başa çatmasına 39 saniyə qalmış analoji durumla qarşılaşıb.