Millimiz Avropa çempionatına hazırlığı başa vurdu

  • 18 May 2022 17:11
  • 61

22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II təsnifat mərhələsinə hazırlığı başa vurub.

Federasiyadan Corner.az-a verilən məlumata görə, aprelin 29-da Bakıda başlayan təlim-məşq tolanışı Türkiyədə yekunlaşıb.

Eldar Əliyevin baş məşqçi olduğu kollektiv paytaxt Ankarada yerli yığma ilə yoxlama oyunları keçirib. "Ay-ulduzlular"la keçirilən hər iki görüşdə rəqib qələbə qazanıb.

Qeyd edək ki, Avropa çempionatının II təsnifat mərhələsi 20 - 22 mayda Kosovoda keçiriləcək. Azərbaycan millisi Türkiyədən birbaşa sözügedən ölkəyə yollanacaq.