Rusiya və Belarus yığmaları DÇ-dan kənarlaşdırıldı

  • 18 May 2022 21:17
  • 54

Kişi və qadın basketbolçulardan ibarət Rusiya milli komandaları dünya çempionatından kənarlaşdırılıb. Corner.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb.
 
Belarus yığmalarına da analoji sanksiya şamil edilib. Sözügedən ölkələrin kollektivlərinin seçmə mərhələlərdəki nəticələri ləğv edilib.
 
Qadınlar arasında dünya çempionatı bu il 22 sentyabr-1 oktyabrda Avstraliyada, kişilər arasında mundial isə 2023-cü ildə İndoneziya, Yaponiya və Filippində təşkil olunacaq.