ABŞ millisinin üzvü evində ölü tapıldı

  • 19 May 2022 15:09
  • 63

ABŞ-ın "Kanzas Ceyxoks" klubunun keçmiş qapıçısı Reyqan Gibbs evində ölü tapılıb.

Corner.az TMZ-ə istinadən xəbər verir ki, 25 yaşlı oyunçunun həyat yoldaşı şübhəli bilinərək saxlanılıb.

Amerikalı qolkiperin ölümünə məişət zorakılığının səbəb olduğu ehtimal olunur.

Qeyd edək ki, Reyqan Gibbs 2015 - 2018-ci illərdə "Kanzas Ceyxoks"da çıxış edib.